Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bu həftə neftin qiyməti 40 dollardan yuxarı yüksələ bilər” - Ekspert

Baxılıb: 598     Tarix: 10-03-2020 14:47   

"Martın 18-də Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Texniki Komitəsinin iclası keçiriləcək. Bu iclasda martdan sonrakı dövr üçün neftin həcmləri ilə bağlı yeni tövsiyələr verilərək formalaşdırılmalıdır".
 Bunu “Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, bu tarixə isə cəmi bir həftə qalıb, neftin qiyməti dünəndən bu günə artıq 7% artıb: “Artıq şok effekti keçmək üzrədir. Nəticə etibarı ilə biz bu həftə ərzində neftin qiymətində 40 dollardan yuxarı bir səviyyəni görəcəyik”. Ekspert deyir ki, martın sonunda artıq neftin qiymətinin 45-50 dollar/barel civarında və bu dəhlizdə keçməsini görəcəyik: “Bu, bir şok effekti idi və bundan sonra bazar iştirakçıları daha soyuqqanlı addımlar atacaqlar. Bundan öncə neftin bir barelinin qiyməti 51-52 dollar civarında olub. Hazırki şəraitdə neftin bir barelinin qiymətinin 45-50 dollar olması bazar üçün daha da məqbuldur. Baxmayaraq ki, bu gün dünya iqtisadiyyatı azalıb. Bugünkü gün üçün bu qiymət də reallığı əks etdirən bir qiymət hesab edilə bilər”. İlham Şaban İqtisadçı-ekspert İlham Şaban: "Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq". Neft Araşdırmalar Mərkəzinin rəhbəri düşünür ki, neftin bir bareli bu qiymətdə olsa, Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq: “Çünki, Maliyyə Nazirliyinin Yeni Büdcə Qaydalarına əsasən, neftin bir barelinin qiymətinin 40 dollara qədər düşməsi büdcəyə gələn gəlirlərin 1,6% aşağı azalması deməkdir. Bu da təxminən 400 milyon manat təşkil edəcək. Bu isə olduqca kiçik bir rəqəmdir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar