Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
17/04/2024 [10:41]
Prezident qəbul keçirdi
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Mərkəzi Bankın uçot dərəcəsini artırıb-azaltması iqtisadiyyata ciddi təsir etmir"-RƏY

Baxılıb: 476     Tarix: 11-03-2020 14:16   

Borc kapitalının dəyərini azaltmaq və iqtisadiyyatın kreditləşməsini artırmaq məqsədi ilə 2018-2019-cu illərdə bölgənin neft hasil edən ölkələrinin - Rusiya, Qazaxıstan, Azərbaycan Mərkəzi Banklarının pul siyasətində əsas tendensiya uçot dərəcəsinin azalması oldu. Bu gün neftin qiymətinin aşağı düşməsi ilə kredit bazarında həddən artıq təklif makroiqtisadi sabitliyə mənfi təsir göstərə bilər. Analoji şərtlərdə, 2016-2017-ci illərdə Azərbaycan Mərkəzi Bankı tədricən uçot dərəcəsini 3% -dən 15% -ə qaldırdı.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib. O, bildirib ki, uçot dərəcəsinin artırıb-azaldılması Azərbaycan iqtisadiyyatında ciddi təsirlərə malik deyil: 
"Niyə? Ona görə ki, Azərbaycan Mərkəzi Bankı daxili kretditləşmədə donor rolunu oynaya bilmir. Bu gün Azərbaycandakı kredit portfelinin 70-80%-i depozitlər, yəni, vətəndaşların banklara yerləşdirdikləri əmanətlər hesabına formalaşır. Yalnız yaxşı halda 25-30% dövlətin donorluğu və ya xaricdən cəlb olunan kapital hesabına kreditləşmə gedir.
Ona görə də Azərbaycan hökuməti bu gün uçot dərəcəsini 1%-ə endirsin, yoxsa 15%-ə qaldırsın yəni, Azərbaycan hökuməti kredit vermirsə, bu uçot dərəcəsinin heç bir əhəmiyyəti yoxdur. 
Həmçinin ekspert bildirib ki, Azərbaycan hökuməti uçot dərəcəsi alətindən istifadə etmək imkanına malik deyil:
Əgər müşahidə etsəniz görərsiniz ki, uçot dərəcələri 15% olanda, sahibkarlar Milli Bankın siyasətindən şikayətlənmirdi. Yəni, bu Azərbaycanda dördtəkərli arabanın beşinci təkərinə oxşayan bir şeydir. Amma dünyada bu çox ciddi iqtisadi alətdir.Ona görə ki, hökumət banklara kredit verir. Yəni, bankların donor rolunu oynaya bilir. O ölkələrdə ki, hökumət donor rolunu oynaya bilir, orada həmin hökumətin Mərkəzi Bankının uçot dərəcəsi işlək mexanizmə malikdir və iqtisadiyyata təsir edir. Azərbaycanda isə bunun iqtisadiyyada heç bir təsiri yoxdur".
Fəridə Ağazadəшаблоны для dle 11.2