Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbərdarlıq: Nə qədər çox dollar alsanız...

Baxılıb: 663     Tarix: 12-03-2020 13:33   

Son günlər neftin qiymətinin aşağı düşməsi vətəndaşların dollara marağını artırıb. Bəziləri hətta əlində olan-qalan manatını son qəpiyinəcən dollara çevirmək istəyir. Ekspertlər isə bildirirlər ki, əhali nə qədər dollar alacaqsa, manat da bir o qədər zəifləyəcək və bu da ölkədə məhsulların qiymətinin qalxmasına səbəb olacaq.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov vətəndaşların bu məsələdə tələsməyə çağırıb:
“Dollarla əmanət yığımı yalnız uzunmüddətli perspektivdə effekt verir. Adi vətəndaşların əllərində olan bütün yerli valyutanı dolara çevirməsi onları yaranmış təhlükədən xilas etməyəcək, əksinə, onları zərərə salacaq. Misal üçün, vətəndaş gedir əlində olan manatı dollara çevirir və heç bir devalvasiya da baş vermir. Bu zaman vətəndaş dolları aldığı qiymətdən daha ucuz satmağa məcbur qalacaq.
İkinci bir məsələ, vətəndaş əlində olan yerli valyutanı aparıb dərhal indiki kursla dollara çevirir. Amma vətəndaş gündəlik istehlak mallarını, ərzaq və qeyri-ərzaq məhsullarını dollarla almır. Bunun üçün də bir müddət sonra yenidən aldığı dolları manata çevirməyə məcbur olacaq. Yenə baha qiymətə aldığı dolları daha ucuza satmalı olacaq. Yenə də itirən ajiotaja uyub son qəpiyini dollara çevirən vətəndaş, qazanan isə banklar olacaq. Bu baxımdan vətəndaşlar əllərində olan manatı dollara çevirməməli, həm dövləti, həm də özlərini düşünməlidirlər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar