Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Neft bazarında narahatlıq və qeyri-stabillik var"-İqtisadçı-ekspert

Baxılıb: 688     Tarix: 13-03-2020 14:23   

London birjasında "Brent" və WTI markalı neftin qiyməti qalxıb.
Bildirilir ki, martın 13-də Londonun ICE birjasında keçirilən ticarət əməliyyatlarında neftin qiyməti ötən gün qeydə alınan ciddi azalmadan sonra tədricən artmağa başlayıb.
TASS-ın xəbərinə görə həm "Brent", həm WTI markalı neftin qiymətində artım qeydə alınıb.
Birjanın məlumatlarına görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 34 ABŞ dolları həddini keçib. Artımın pik nöqtəsində qiymət 34,17 dollar/barelə çatıb ki, bu da öncəki bağlanış qiymətindən 2,9% çoxdur. WTI markalı neftin fyuçersləri isə 32,53 dollar/barelə çatıb (+3,3%). Hazırda bu sort neftin qiyməti bir barel üçün 32,3 ABŞ dolları səviyyəsindədir (+2,6%).
Qeyd edək ki, martın 6-da keçirilən danışıqlarda OPEC+ ölkələrinin nazirləri neft hasilatını azaldılması üzrə sazişin gələcək parametrləri barədə razılığa gələ bilməyiblər. OPEC hasilatı bu ilin sonuna qədər gündəlik daha 1,5 milyon barel azaltmağı təklif etsə də, Rusiya buna razı olmayıb. Aprel ayından etibarən hasilatla bağlı bütün məhdudiyyətlər aradan qaldırılacaq. Sazişlə bağlı razılaşmanın olmaması səbəbi ilə martın 9-da keçirilən əməliyyatlarda "Brent" markalı neft 30% ucuzlaşaraq 31 ABŞ dolları səviyyəsinə enib.
Neft qiymətlərinin həmçinin koronavirusun yayılması və onun dünya iqtisadiyyatına mənfi təsiri ilə bağlı narahatlıqlar fonunda da aşağı düşdüyü bildirilir. Maraqlıdır, bu sahədə növbəti günlərdə nə qədər artım gözlənilir və koronavirus epidemiyasından sonra neft qiymətləri hansı həddə cata bilər?
Bununla bağlı danışan iqtisadçı- ekspert İlham Şaban ölkələr arasında sözügedən qarşıdurmanın güclənəcəyi təqdirdə neftin qiymətinin 20 dollaradək ucuzlaşacağını bildirib:
"Bu qarşıdurma güclənsə, çoxlu ölkələr buna qoşulsa, neftin 20 dollardək ucuzlaşması xəbərləri ola bilər. Buna baxmayaraq reallıqla da bazarda dəyişkənlik çox yüksəkdir, 32 dollaradək neftin qiyməti ucuzlaşır. Bazarda narahatçılıq və qeyri-stabillik var. Bilmək olmaz ki, sabah ya o biri gün məntiqi cəhətdən necə olacaq".
Ekspert bildirib ki, neftin qiymətindəki dəyişkənlik daha çox böyük ökələrin hansısa açıqlamalarında, bu məsələyə yönəlik addımlarda formalaşır. Burada tələb-təklif məsələsi bir o qədər də rol oynamır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar