Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ NİYƏ 16 DOLLARA DÜŞÜB? – Səbəb həm də Rusiyadır...

Baxılıb: 735     Tarix: 02-04-2020 17:04   

Koronavirus pandemiyasının dünya neft bazarında yaratdığı vəziyyət Azərbaycan iqtisadiyyatı üçün risklər yaradır. Ölkənin ÜDM-nin əsas hissəsi bu xammaldan formalaşır, büdcənin 60 faizə qədəri də birbaşa neft gəlirlərindən asılıdır.
İndi neft bazarlarında yeni situasiya yaranıb. Keyfiyyətcə digər regionlardan hasil olunan neftdən daha yüksək olan Azərbaycan nefti birjalarda təxminən 10 dollar aşağı qiymətə təklif olunur.
Xatırladaq ki, hazırda Brend markalı neft 27 dollar ətrafındadır. Normalda “Azərligt” bundan 1.5, 2 dollar baha satılırdısa, hazırda 16.5 dollara təklif olunur. İlk dəfə müşahidə olunan kəskin qiymət azalması hansı səbəblərlə bağlıdır?
Londonda yayımlanan məşhur “Natural Gas World” jurnalının neft-qaz sektoru üzər təhlilçisi Dalğa Xatınoğlu “AzPolitika.info”ya şərhində təsdiq edib ki, hazırda Azərbaycan nefti dünya bazarında Brend, ABŞ və başqa ölkələrin istehsal etdiyi xam neftdən çox aşağı qiymətə təklif olunub.
Ekspert qeyd edib ki, neftimiz Aralıq dənizi regionunda satılır və əsas alıcımız da İtaliyadır. Onun sözlərinə görə, koronavirus pandemiyasının yaratdığı vəziyyətbu bu ölkədə, o cümlədən İspaniyada yüngül neftə təlabatı kəskin azaldıb. Təklif isə həddindən artıqdır.
Özəlliklə Rusiya həmin regiona xeyli yüngül neft göndərib. Azərbaycan nefti də yüngüldür və bazarda kəskin rəqabət, təklif artıqlığı mövcuddur. Hazırda həmin region yüngül neftlə doludur. Nəticə olaraq çox təəssüf ki, Azərbaycan neftinin qiyməti 16.5 dollara düşüb. Bu, hətta neftin maya dəyərindən də aşağı qiymətdir. Belə ki, hasilat və Ceyhan limanına nəqlin maya dəyəri 18 dollara gəlib çıxır ki, bu da ziyanın miqyasını təsəvvür etməyə imkan yaradır”-deyə D. Xatınoğlu bildirib.
Ekspert Beynəlxalq Enerji Agentliyinin keçən ay yaydığı hesabatı xatırladır: “Məruzə edilmişdi ki, əgər, neft 25 dollara düşərsə, Azərbaycanın neftdən mənfəəti ötən il 11 milyard dollar olmuşdusa, bu il 3 milyard dollara düşə bilər. İndi təsəvvür edin ki, qiymət 25 deyil, 16 dollara düşüb”.
Dalğa Xatınoğlu qeyd edir ki, vəziyyət olduqca mürəkkəbdir və bu, təkcə Azərbaycana aid deyil: “Neftə bağlı olan iqtisadiyyatlar çox gərgin vəziyyətdədirlər. Məsələn, SəudiyyəƏrəbistanının büdcəsində kəsir yaranmaması üçün 82-83 dollarlıq neft qiymətinə ehtiyacı var. Rusiya büdcəsində isə bu rəqəm 41 dollardır. Başqa ölkələrdə də vəziyyət təxminən eynidir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar