Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

3 ölkə imtina etdi: “Neft planı” məhv olur?.. - Şərh

Baxılıb: 750     Tarix: 15-05-2020 08:57   

İraq, Nigeriya və Anqolanın OPEK+ sazişindən imtina etməsi digər dövlətlərin də buna dırnaqarası baxmasına səbəb olacaq. Hətta Rusiya da üzərinə düşən 2.5 milyon barrel nefti ixtisar etməkdən imtina edə bilər.
Bu açıqlamasında iqtisadçı Natiq Cəfərli söyləyib. "OPEK+"un neft hasilatının azalmasına dair razılaşmasından üç ölkənin – İraq, Nigeriya və Anqolanın imtina etməsi haqqında danışarkən deyib. O bildirib ki, OPEK+ razılaşması istənilən nəticəni vermədi:
"OPEK+ razılaşması əldə olunan gün artıq bəlli idi ki, hasilatın birdən-birə kəskin azalması qeyri-mümkündür. Çünki hasilatın kəskin azalması bəzi ölkələrə texniki olaraq problemlər yaradır".
N.Cəfərli "OPEK+"un neft hasilatının azalmasına dair razılaşmasından İraq, Nigeriya və Anqolanın imtina etməsinin səbəb və nəticələrindən danışıb:
"Bir çox ölkələrdə özəl neft şirkətləri fəaliyyət göstərir. Yəni bir digər problem də bu şirkətlərlə danışıqların hansı yöndə olacağı məsələsidir. Məsələn, İraq hökuməti yerli "Basra Oyl Kompani"yə hasilatı 1 milyon barrel azaltmağı tapşırsa da, ölkədə çalışan "Ekzon", BP və "Lukoyl" şirkətləri ilə razılıq əldə etmək mümkün olmayıb. Neft hasil edən ölkələrin bir çoxunda özəl şirkətlər fəaliyyət göstərir. Hansı ki, dövlət ilə özəl neft şirkətləri arasında razılaşma var. Bu razılaşmaya görə isə dövlət özəl neft şirkətinə əmr verə bilməz. Yəni dövlətlər neft hasilatını azaltmağa qərar versə də, özəl neft şirkətləri bu qərara uymaya bilər".
Ekspert vurğulayıb ki, bu gün Rusiyada da oxşar problem yaşanır:
"Rusiyada fəaliyyət göstərən "Lukoyl" da neft hasilatını azaltmağa dair Moskvanın öhdəsinə götürdüyü paydan imtina edir. Belə olduqda isə bütün yük dövlət neft şirkətlərinin üzərinə düşür. Həmçinin neft hasil edən ölkələr də bazarda öz paylarını itirmək istəmirlər. Bütövlükdə isə deyə bilərik ki, OPEK+ formatının neft hasilatının azalmasına dair qərarı hüquqi və texniki baxımdan çətinliklərlə üzləşə bilər".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar