Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb

Baxılıb: 695     Tarix: 24-11-2020 13:56   

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb.
Qanunvehedef.az-ın bankdan əldə etdiyi məlumata əsasən, məqsəd Gəncə şəhərini qatı tullantılardan təmizlənməsi, bu istiqamətdə infrastrukturun yenilənməsi və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasıdır.      
Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb.
Layihə Gəncə şəhərində tullantıların toplanma xidmətinin yaxşılaşdırılması dərəcəsinə, ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına kömək edəcək.
Əlavə olaraq bildirilib ki, layihə tullantıların idarə edilməsini yaxşılaşdıracaq və ətraf mühitə tullantıların toplanılması zamanı mənfi təsirləri azaldacaq.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar