Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanla İran arasında yeni körpü tikiləcək

Baxılıb: 838     Tarix: 19-01-2021 10:33   
Azərbaycan və İran arasında Astara sərhəd gömrüyündə yeni avtomobil körpüsü tikiləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
M.Eslaminin sözlərinə görə, bununla əlaqədar gələn ay müqavilə imzalanacaq və Astarada körpü və terminalın təməli qoyulacaq.
O əlavə edib ki, hazırda Astarada mövcud olan avtomobil körpüsü iki ölkə arasında məhsul mübadiləsi və tranziti üçün yetərli deyil.
İranlı nazir qeyd edib ki, yeni körpü və terminal vasitəsilə Bakı-Astara magistral yolu İranın Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək.
M.Eslami qeyd edib ki, Azərbaycan vasitəsi ilə digər ölkələrə çıxış İran üçün böyük fürsətdir. Bu baxımdan Şimal-Cənub Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi diqqət mərkəzindədir.
Nazir bildirib ki, koronavirus pandemiyası dövründə İran və Azərbaycan arasında ticarət münasibətlərinin inkişafında hər hansı azalma olmayıb, çünki sərhədlər idxal-ixrac prosesi üçün bağlanmayıb:
“Astara-Astara dəmiryolu vasitəsi ilə iki ölkənin ticarət mübadiləsi 25% artıb. Bu isə ikitərəfli münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. Həmçinin tranzit haqqında da iki ölkə arasında anlaşmalar əldə olunub”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar