Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şahbazov Manlio Di Stefano ilə görüşdü

Baxılıb: 613     Tarix: 02-02-2021 13:12   

Energetika naziri, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə italiyalı həmsədrin ötən ilin 8-9 dekabr tarixlərində Azərbaycana səfərinin davamı olaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma işlərinə italyan şirkətlərinin cəlb edilməsi üçün bu ölkənin sahəvi assosiasiyalarının və dövlət şirkətlərinin iştirakı ilə “Web Missiya”nın təşkili, bu çərçivədə Azərbaycanın aidiyyəti qurumları ilə müzakirələrin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi məsələləri müzakirə edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar