Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Simsondan Əliyevə: Biz bu nöqtəyə ona görə çatmışıq ki...

Baxılıb: 491     Tarix: 11-02-2021 23:34   

Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında bildirib.
"Biz bu nöqtəyə təsadüfən, yaxud hansısa şərtlərlə gəlməmişik. Tam əksinə. Biz bu nöqtəyə bu gün ona görə çatmışıq ki, bu iclasda iştirak edən hər bir şəxs yorulmadan çalışıb və sadiqliyini nümayiş etdirib. Mən, əvvəlcə, Prezident Əliyevə bütün bu illər ərzində nümayiş etdirdiyi mövqeyinə, qətiyyətinə və strateji idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin Gürcüstan, Türkiyə və Albaniyaya təşəkkürümü bildirmək istəyirəm. Dəhlizimiz Sizin ərazilərdən keçir. Siz olmadan Cənub Qaz Dəhlizi layihəsi olmazdı. Siyasətə dəstək bu cür layihələrdə hər hansı boru kəməri çəkilmədən təməl rolunu oynayır. Bir sözlə, mən bu müddət ərzində verdiyi siyasi dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına və Birləşmiş Krallığa təşəkkürümü bildirmək istəyirəm. Biz bu illər ərzində işinizə və dəstəyinizə görə Sizə minnətdarıq. Sonuncu, lakin mühüm məqam maliyyələşmədir. Maliyyələşmə bu layihənin icrasında çox vacib idi. Mən layihənin maliyyələşdirilməsinə töhfə vermiş Avropa İnvestisiya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Dünya Bankına və bütün özəl qurumlara minnətdarlığımızı bildirmək istəyirəm. Məhz beləcə biz bu nöqtəyə çatdıq.
Bu, elə bir sahədir ki, Avropa İttifaqı sürətlə addımlamağı çox arzu edir. Mənə məlumdur ki, Azərbaycanın Dövlət Neft Şirkəti artıq BMT-nin Ətraf mühit proqramı ilə ilk təmasları qurub. Biz Avropa İttifaqında metanın aradan qaldırılması ilə əlaqədar, həmçinin BMT-nin Ətraf mühit proqramı ilə yaxından əməkdaşlıq edirik. Böyük işin bir hissəsi olaraq ötən ilin oktyabrında biz antropogen metan emissiyalarını azaltmaq üçün Avropa İttifaqının strategiyasını qəbul etmişik və bu məsələdə əməkdaşlığı genişləndirmək arzusundayıq. Qısa perspektivdə biz emissiyaların monitorinqi, yoxlanılması və məruzə edilməsində boşluqları doldurmaq, eləcə də metan emissiyalarını azaltmaq üçün təşəbbüsləri həvəsləndirmək istəyirik. Növbəti addımımız BMT-nin Ətraf mühit proqramı ilə beynəlxalq metan emissiyası abservatoriyasını yaratmaq və metan emissiyalarının azaldılması ilə əlaqədar Avropa İttifaqının qaydalarını hazırlamaqdan ibarət olacaq. Biz qlobal peyklə monitorinq məlumatlarınızı bölüşməyə hazırıq və onlar bu gün artıq ən çox emissiya tərəflərini müəyyən edə bilir", - Simson qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar