Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sahibkarlara şad xəbər: 130 milyon manat kredit…

Baxılıb: 457     Tarix: 01-04-2021 16:00   

2021-ci ilin ilk üç ayında 100-ə qədər sahibkara 11 milyon manat həcmində güzəştli kredit verilib. İlin sonunadək bu məbləğin 130 milyon manata çatdırılması nəzərdə tutulur.
Qanunvehedef.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov deyib.
O bildirib ki, pandemiyadan zərər çəkmiş sahələrin maliyyələşdirilməsi davam etdirilir və bu məqsədlə Sahibkarlığın İnkişafı Fonduna 4 600-dən çox müraciət daxil olub:
“Bunlardan 3 855-i artıq təsdiq olunub. Təsdiq edilmiş subsidiya məbləği 50 milyon manatdan çoxdur. Artıq bu günə qədər 43 milyona qədər vəsait sahibkarlara ödənilib”.
Samir Hümbətov qeyd edib ki, Elektron Kredit Platforması vasitəsilə sahibkarların 3 800-dən çox müraciəti qeydə alınıb və bunlardan 640-na kredit verilməsi təsdiq olunub:
“Bu ümumilikdə 200 milyon manat krediti əhatə edir və bu kreditlər üzrə dövlət zəmanəti 111 milyon manat təşkil edir. Proses davam etdirilir. Bu kreditlər üzrə portfel 500 milyon manat həcmindədir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar