Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Fədayə Laçın Prezident İlham Əliyevə — TƏŞƏKKÜR ETDİ

Baxılıb: 610     Tarix: 02-10-2019 10:48   

Hazırda həbsdə olan müğənni Fədayə Laçın Prezident İlham Əliyevə təşəkkür edib.
Bu barədə "Ölkə.Az"-a sənətçinin bacısı, müğənni İlahə Fəda məlumat verib:
"Fədayə ilə telefon əlaqəsi saxladıq. Bu məsələdə əməyi keçən hər kəsə, xüsusən cənab İlham Əliyevə təşəkkürünü bildirdi".
İ.Fəda bildirib ki, F.Laçının cəzası azaldılandan sonra "yoxa çıxan" bəzi həmkarları da onunla əlaqə saxlayıb: 
"İki ildir yoxa çıxan sənət adamlarından da xeyli zənglər gəldi. Amma mən heç kimdən incimirəm. Əsas odur ki, hər kəsi daha yaxşı tanımaq imkanımız oldu".
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar