Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu tapıntı elm dünyasını silkələdi

Baxılıb: 702     Tarix: 25-10-2019 14:05   

Rusiyanın Komi Respublikasının Uxta bölgəsinin İjma çayı sahillərindən 372 milyon illik sümük tapılıb.
Teleqraf.com xəbər verir ki, arxeoloqlar qalıqların Devon erasından qaldığını bildirib.
Elm adamlarına görə, quruda yaşayan ilk canlılar bu dövrdə yaranıb.
Su həyatından quruya keçən canlılar təkamül prosesi ilə dünyada yeni dövrün başlamasının əsasını qoyub. Bununla bağlı elm adamlarının əllərində çox az dəlillər var, bu baxımdan rusiyalı arxeoloqların kəşfi yeni sübutların ortaya çıxarılmasına yol aça bilər.
Məlumata görə, skelet qalıqlarının üzərində araşdırma aparan alimlər bunun indiki timsaha oxşadığını, lakin 372 milyon il əvvələ aid olduğunu açıqlayıb. Onurğalılar növünün ilk nümunəsi olduğu deyilən sümüklərin çıxarılması üçün uzun müddət cəhdlər edilib.
Kəşfə dünya mediasında geniş yer verilib.
Mühafizə altına alınan sümüklərin üzərində uzun müddət araşdırma aparılacağı və yeni nəticələr əldə ediləcəyi halda, dünya ictimaiyyətinə açıqlama veriləcəyi bildirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar