Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
17/04/2024 [10:41]
Prezident qəbul keçirdi
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Vor Mahir” ləqəbli narkotacir saxlanılıb - FOTO

Baxılıb: 626     Tarix: 06-02-2020 13:16   

Qobustan qəsəbəsində daha bir narkotacir saxlanlılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Qobustan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəxsi tutub.
Belə ki, Qaradağ RPİ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan paytaxt sakini Mahir Yüzbəyov saxlanılıb.
Onun mənzilinə baxış keçirilən zamanı ev sahibinə məxsus ümumi çəkisi 540 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı M.Yüzbəyovun bir neçə gün əvvəl Qobustan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan Elman Nərimanova da narkotik vasitələr satdığı məlum olub.
Qeyd edək ki, M.Yüzbəyov yaşadığı Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbi ilə tanınır. Saxlanılan şəxs ifadəsində yaşadığı qəsəbədə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.шаблоны для dle 11.2