Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məhkumlarla görüş dayandırıldı - RƏSMİ

Baxılıb: 559     Tarix: 06-03-2020 11:53   

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.
Bunu Qanunvehedef.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidiolomoji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: "Bununla əlaqədar olaraq, Penitensiar Xidmətin müəssiələrində saxlanılan şəxslərinə görüş və sovqat qəbulu dayandırılıb".
Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar