Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda şəhid anasını amansızlıq öldürən şəxsdən YENİ XƏBƏR

Baxılıb: 584     Tarix: 18-03-2020 16:06   

4 il əvvəl Yevlax rayonunda şəhid anasını amanasızlıqla qətlə yetirdiyi üçün tutularaq məsuliyyətə cəlb edilən və məhkəmənin hökmü ilə məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu, yəni, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş İsmayılov Aqil Nizami oğlu Ali Məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.Qeyd edək ki hadisə 2016-cı il mart ayının 14-də Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı 32-ci məhəllə adlanan ərazidə baş verib. Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün Maral Nəsibovanı öz həmyerlisi Aqil İsmayılov qətlə yetirib. Hadisəni əvvəlcədən planlaşdıran Aqil İsmayılov tənha qadının qapısını döyüb. Qadın qapını açdıqdan sonra içəri daxil olaraq ondan pul tələb edib. Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmayılov onun sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra mərhumu öz yaylığı ilə boğaraq qətlə yetirib.
Saxlanılan şəxs evdən qızıl-zinət əşyaları, 340 manat məbləğində pul və pensiya kartını götürdüyünü etiraf edib. Tutulan zaman A.İsmayılov belə bir açıqlama vermişdi: "Elədiyim hərəkətə görə çox peşmanam, özümü bağışlamıram. 2 balamı da bədbəxt elədim, o arvadı da. Özü də şəhid ailəsi idi. Hökümətdən ömürlük həbs istəyirəm ki, çölə çıxa bilməyim".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar