Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şəmkirdə dəhşətli qətl: Baş Prokurorluqdan açıqlama

Baxılıb: 809     Tarix: 20-04-2020 14:09   

Şəmkir rayonunda baş verən qətllə bağlı cinayəti işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Axar.az-a bildirib ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub.
Araşdırmalarla Mübariz Məmmədovun həmin gün saat 9 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl Mübariz Məmmədovun arvadı Nailə Məmmədovanın telefonuna mesaj gəlib. Buna görə Mübariz Məmmədov dava salıb.
Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.
Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar