Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Saatlıda öz qardaşına narkotik satan şəxs saxlanıldı

Baxılıb: 653     Tarix: 20-05-2020 08:58   

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A.Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kq 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar