Xəbər lenti
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Polis Bakı və Lənkəranda əməliyyat keçirdi: saxlanılanlar var

Baxılıb: 463     Tarix: 30-07-2020 12:16   

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov Lənkəran rayonu ərazisində saxlanılıb.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, şəxsi axtarış zamanı ondan 2 qramdan artıq tiryək aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Abşeron rayonunun Masazır qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı isə əlavə olaraq 6 kq 475 qram tiryək, 855 qrama yaxın heroin, 904 qrama yaxın metamfetamin və 1 kq 885 qram marixuana götürülüb.
Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kq 30 qram heroin aşkar edilərək götürülüb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar