Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mingəçevirdə QƏTL: Qadını bıçaqladılar

Baxılıb: 639     Tarix: 18-09-2020 11:18   

Sentyabrın 8-də Mingəçevir şəhər ərazisində Könül Mirzəliyevaya bıçaq xəsarətinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Anar İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Könül Mirzəliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sentyabrın 17-də Könül Mirzəliyevanın aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi səbəbindən, Anar İsmayılovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə, o təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Mingəçevir şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar