Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Cinayət törədən 22 nəfər saxlanıldı

Baxılıb: 526     Tarix: 04-01-2021 16:58   

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar