Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gecə saatlarında işləyən restoranın sahibi HƏBS EDİLDİ

Baxılıb: 367     Tarix: 08-02-2021 14:14   

Sumqayıt şəhərində karantin rejimi qaydalarını pozaraq gecə  saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.
Qanunvehedef.az DİN-ə istinadən xəbər verir ki, fevralın 6-da gecə saat 1 radələrində şəhərin 6-cı məhəllə ərazisində yerləşən "Zeytun" restoranının sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən restoranı icarə əsasında işlədən şəhər sakini Ş.Əkbərovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.
Ş.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Ş.Əkbərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar