Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Evdən pul və qızıl-zinət əşyaları oğurlayan qadın ƏLƏ KEÇDİ

Baxılıb: 522     Tarix: 17-02-2021 14:43   

Bərdədə oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon sakini E. Vəliyev fevralın 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 ABŞ dolları pulunun oğurlanması barədə Bərdə RPŞ-yə ərizə ilə müraciət edib.
Müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar