Xəbər lenti
18/03/2024 [11:59]
Azərbaycana yaz gəlir
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

224 minlik brilyant gətirilməsinin qarşısı alındı

Baxılıb: 280     Tarix: 09-04-2021 15:45   

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qanunvehedef.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib. Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus çamadanda olan “Tiffany Glucose” peçenye paketlərinin içərisində, ümumilikdə 10 ədəd sellofan bükümdə müxtəlif ölçülü 441 qram brilyant qaşlar aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 2171 karat, orta qiyməti, təxminən 224 min manat təşkil edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar