Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

NADANLIQLA MÜBARİZƏ APARAN MİLLƏT VƏKİLİ ELXAN SÜLEYMANOV TƏHSİLİMİZİN BÖYÜK QAYĞIKEŞİDİR

Baxılıb: 673     Tarix: 21-08-2019 13:59   
 
Lerikdən olan deputat İqbal Məmmədovun "Relax" istirahət mərkəzinin işçiləri ilə vergi əməkdaşları arasında yaşanan insidentdən sonra mətbuatda bu mövzuda gedən yazılarda Milli Məclisin üzvləri sırasından daha bir neçə nəfərin ölçüyəgəlməz varidata malik olduqları, dövlət qurumları ilə hesablaşmayacaq dərəcədə özündənrazılıqları, ali qanunvericilik orqanımızın "biznesmenlər klubu"na çevrildiyi barədə fikirlər səsləndirilir. Həmin subyektiv fikirlərdə qeyd olunur ki, bu adamların deputat mandatı almaqda əsas məqsəd və amalları təkcə ad-san, nüfuz məsələsi, xalqa xidmət deyil,sahibləri olduqları biznes və mülklərə “krışa” təmin etməkdir. Elektron KİV-də getmiş bu qəbildən olan məqalələrdə və saytlara imeyllə göndərilmiş şərhlərdə öz adlarını gizlədən, saxta profil işlədən müəlliflər hətta İqbal Məmmədova tay tutduqları deputatların adlarını da çəkirlər. Amma sadalanan adların arasında Şamaxının millət vəkili Elxan Süleymanovun da adının hallanması təəssüf doğurur və müəlliflərin qərəzli niyyətlərindən xəbər verir.
Elxan Süleymanovun ünvanına səslənən ittihamlardan biri budur ki, guya onun doğulduğu Göyçay şəhərindəki böyük ticarət obyekti Göyçay İnternat məktəbinin həyətində qanunsuz olaraq inşa edilib. Məlumatı dəqiqləşdirmək məqsədilə Göyçay Rayon Təhsil Şöbəsinin müdiri cənab Elnur İsmayılovla telefon əlaqəsi yaratdıq. Elnur müəllim bildirdi ki, "Göyçay internat məktəbi" deyilən Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın həyətində nə Elxan Süleymanov, nə də bir başqa şəxs tərəfindən heç bir qanunsuz tikili inşa olunmayıb. RTŞ müdiri belə əsassız məlumatların millət vəkili Elxan Süleymanovu gözü götürməyən şəxslər tərəfindən qərəzli surətdə dövriyyəyə buraxıldığını təxmin etdiyini dilə gətirdi. Bildirdi ki, Elxan müəllim həm parlamentdə təmsil etdiyi Şamaxı rayonunda, həm də doğulduğu Göyçayda xeyriyyəçi kimi, xüsusən də təhsilin böyük qayğıkeşi kimi tanınır: "Elxan müəllim Göyçaydakı doğma Qaraman kənd tam orta məktəbini əsaslı təmir elətdirib, məktəbin bir neçə əlaçı şagirdinə təqaüd verir. Bütün Şirvanda məşhur xeyriyyəçi və maarifçi kimi tanınmış mərhum babası Hacı Rəhim Əfəndinin xeyriyyəçilik fəaliyyətini uğurla davam etdirən Elxan Süleymanov ümumiyyətlə, ölkə üzrə 10-dan çox məktəb binası tikdirib və əsaslı təmir edirib, onlarla kəndə bulaq çəkdirib, artezian vurdurub, ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə yardım göstərir, hər il bir neçə xəstənin müalicəsinə kömək edir, el-obasının xeyir-şər işlərində xərcləri üzərinə götürür. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının (AVCİYA) kimi ciddi quruma rəhbərlik edir, millət vəkili kimi uzun müddət Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi Avropadakı anti-Azərbaycan qüvvələrlə döyüşüb. Buna görə elə anti-Azərbaycan qüvvələr, erməni lobbisi və onların əlaltıları tərəfindən böhtanlara da məruz qalıb. Lakin heç zaman bunlar ona mane olmayıb və öz üzərinə düşən işləri sonadək, əzmlə yekunlaşdırıb. Təkcə onu demək kifayətdir ki, Elxan Süleymanovun müəllifi olduğu 2085 (2016) saylı qətnamədə AŞPA tarixində ilk dəfə Ermənistan işğalçı dövlət kimi təqdim və təsbit edilib. "Nadanlıqla mübarizənin yeganə üsulu təhsildir” - deyən maarifpərvər millət vəkili Elxan Süleymanovun təşəbbüsü, AVCİYA və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə 2011-ci ildən Sabir Bədii Qiraət Müsabiqəsi keçirilir. Təəssüflər olsun ki, Azərbaycanın özündə də Elxan müəllimi gözü götürməyən adamlar vardır".
Fürsətdən istifadə edib Elnur müəllimdən Göyçay rayonunda təhsilin vəziyyəti barədə də soruşduq. Hərçənd, RTŞ müdirinin bu sualımıza verdiyi cavab əlahiddə bir ürəkaçan məqalənin mövzusudur. O ki qaldı hörmətli millət vəkili, el ağsaqqalı Elxan Süleymanovun Vətənə, xalqa, dövlətə, seçicilərinə xidmətinə, bu barədə internet resurslarında kifayət qədər məlumat vardır. Şəxsiyyəti bir insan materialı kimi öyrənilməyə, tədqiq olunmağa layiq Elxan Süleymanovun portret cizgilərini onun seçki platformasında önə çıxarılan bu sözləri daha dolğun təsvir edir:
"Verdiyin sözə nəyin bahasına olursa–olsun əməl etməlisən. Bu, adi göründüyü qədər mürəkkəb, çətin qaydaya riayət edən insan sonda HÖRMƏT qazanır. Bu HÖRMƏT ölçüyəgəlməz dərəcədə qiymətlidir... Səmimi olmağı bacarmalısan. Səmimilik son nəticədə sənə İNAM qazandırır. İNAM isə ən böyük sərvətdir... Böyük Abbas Səhhət heç zaman unudulmayacaq şeirlərindən birində doğma torpağını sevməyən insanda vicdanın olmadığını qeyd edib. Doğrudan da, elini-obasını sevməyən insan yüksək dəyərlərdən danışa bilərmi? Əlbəttə ki, yox. Amma harada  olmasından asılı olmayaraq VƏTƏN barədə düşünən, onun xoş sabahı üçün əlindən gələni əsirgəməyən insan kamillik zirvəsinə ucala bilər. 
VƏTƏN üçün faydalı olmağa çalışmaq qədər şərəfli nə ola bilər?"
Qələmə aldı: Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar