Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Putin Mehriban Əliyevanı təbrik etdi

Baxılıb: 538     Tarix: 26-08-2019 15:27   

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
“Hörmətli Mehriban Arif qızı.
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz yüksək dövlət vəzifələrində çoxillik fəaliyyətinizlə həmvətənləriniz arasında layiq olduğunuz hörmət və böyük beynəlxalq nüfuz qazanmısınız.
Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamımı çatdırmağı xahiş edirəm”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar