Xəbər lenti
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“NATO-ya üzv olmağı özlərinə prioritet edən ölkələrlə münasibətlər ciddi olaraq pozulacaq” – Lavrov

Baxılıb: 98     Tarix: 26-09-2019 11:27   

“Gürcüstan NATO-ya üzv olsa, Rusiya müharibəyə başlamayacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu halda Rusiyanın NATO və alyansa üzv olmağı özlərinə birinci prioritet edən ölkələrlə münasibətləri ciddi olaraq pozulacaq.
Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasının Gürcüstanın NATO-ya üzvlük məsələsini bağlaması ilə bağlı suala S.Lavrov belə cavab verib: “Biz heç nə bağlamamışıq, bu, bizim məqsədimiz olmayıb”.
XİN başçısı müsahibəsində 2008-ci il müharibəsinin başlamasında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini günahlandırıb. O deyib ki, müharibə zamanı Rusiya NATO barədə deyil, insanların həyatlarının xilası barədə düşünüb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar