Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz” – Fikrət Məmmədov

Baxılıb: 495     Tarix: 04-10-2019 11:12   

“Vəkillik peşəsi zəngin və qədim bir tarixə malikdir”.
APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.
Nazir qeyd edib ki, Azərbaycan vəkilləri 100 yaşını qeyd edir: “Azərbaycanda vəkillik 1919-cu ilə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin dövrünə təsadüf edir. Sovet höküməti qurulduqdan sonra Azərbaycanda müstəqil vəkillik inistitundan söhbət gedə bilməzdi. O illər ərzində vəkillik Ədliyyə Nazirliyinin tərkibində olub. Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz. Vəkillik müstəqil qurum kimi yalnız Heydər Əliyevin tərəfindən formalaşdırılıb. Onun rəhbərliyi ilə həyata keçirilən hüquqi-islahatlar nəticəsində ilk olaraq vəkillik haqqında qanun qəbul edilib. Bu gün məhkəmə-hüquq sistemində əvəzsiz rolu olan vəkillik Prizedent İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılmaqla təkmil bir struktura çevrilib”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar