Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

FƏRHAD MƏMMƏDOV – 65

Baxılıb: 1 100     Tarix: 29-11-2019 13:05   
    
“Qanun və Hədəf” ictimai-siyasi hüquq qəzetinin əməkdaşı, təcrübəli jurnalist Fərhad Məmmədovun 65 yaşı tamam olur. Məmmədov Fərhad Nəhmət oğiu 1954- cü ildə Cəlilabad rayonunda anadan olub.  Fərhad müəllimin aktual məsələlərə həsr etdiyi köşə yazıları, ələlxüsus da hal-hazırda yaşadığı Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı məqalələri oxucularımız tərəfindən maraqla izlənilir. Hələ də qələmindəki gənclik təravətini qoruyub-saxlayan Fərhad Məmmədov təcrübəsini gənc həmkarları ilə həvəslə bölüşür, eyni zamanda daim öz üzərində çalışır, müasir jurnalistikanın çağırışlarına uyğun yeni bilgiləri cavanlara xas enerji ilə mənimsəyir.
"Qızıl Qələm", "Azərbaycanın Fəxri Bayrağı", Xalqın nüfuzlu ziyalısı", "Həsən bəy Zərdabi" adına media mükafatlarının laureatıdır. Yubileyi günü Fərhad Məmmədova “jurnalist fəaliyyətində əldə etdiyi uğurlu nəticələrə, peşə etikasının tıələblərinə riayət etdiyinə, seçdiyi mövzulara yanaşmada obyektiv, qərəzsiz mövqeyinə görə “Qanun və Hədəf” qəzetinin Fəxri Diplomu təqdim edilmişdir.
Fərhad Məmmədovu yubileyi münasibətilə təbriik edir, ona əzizlərinin əhatəsində uzun ömür, möhkəm can sağlığı, peşə fəaliyyətində uğurlar arzulayırıq.
”Qanun və Hədəf” qəzetinin kollektivi adından,
Baş redaktor: Mehman Məhərrəmoğlu 
    шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar