Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ukrayna baş nazirinin sensasion istefa səbəbi - İsti şərh

Baxılıb: 560     Tarix: 17-01-2020 14:01   

Ukraynanın 34 yaşlı gənc Baş naziri Aleksey Qonçarçuk istefa verdi. İstefaya səbəb gizli səs yazısının bir neçə internet saytında yayılması oldu.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynanın Baş naziri Aleksey Qonçarçukun səs yazısının yayılmasından sonra istefa verməsi haqqında danışarkən deyib.
“Həmin səs yazısında Qonçarçukun səsinə oxşar səs nazirlərə deyir ki, Prezident Vladimir Zelenskinin iqtisadiyyatdan başı çıxmır və iqtisadi mövzularda başı dumanlıdır. Qonçaruk və onun tərəfdarları səsin saxtalaşdırıldığını iddia edirlər. Buna baxmayaraq, Aleksey Qonçarçuk doğru olanı etdi, səs onun olmasa da, prezidentə münasibətdə şübhə yeri qalmasın deyə, istefaya üstünlük verdi.
Bəs gizli səs yazısını kim yazaraq saytlara servis edə bilərdi?
Baş nazirin səs yazısını yazmaq üçün xüsusi avadanlıq lazımdır. Rusiyada bəlli mərkəzlər Ukraynanın güclənməsini və iqtisadi problemlərinin həllini istəmir. Böyük ehtimalla Ukrayna baş nazirinin telefonla gizli səs yazılarını Rusiya kəşfiyyatı əldə edərək ukraynalı oliqarx İqor Kolomoyskinin saytları vasitəsilə Ukrayna ictimaiyyətinə servis ediblər”.
Politoloq Kolomoyski bu işə niyə razı olduğuna da aydınlıq gətirib:
“Məsələ burasındadır ki, Kolomoyski hələ keçmiş prezident Pyotr Poroşenkonun onun bankı olan “Privatbankını” milliləşdirməsini hakimiyyətə bağışlaya bilmir. Kolomoyski həmin bankdan hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Hakimiyyət dəyişdikdə Kolomoyski düşünürdü ki, bankını geri ala biləcək, hətta bu məqsədlə məcburi mühacirətdən geri qayıtdı. Ancaq Prezident Vladimir Zelenski və Baş nazir Aleksey Qonçarçuk milliləşdirilən bankı Kolomoyskiyə qaytarmadılar. Kolomoyski öz saytları vasitəsilə səs yazısını yaymaqla istefa verən baş nazirdən intiqamını almış oldu. Görünür, Kolomoyskinin növbəti hədəfi Prezident Vladimir Zelenskidir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar