Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırıb - VİDEO

Baxılıb: 585     Tarix: 17-02-2020 15:19   

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının azərbaycanlıların törətməsi ilə bağlı uydurmalarına cavab verib.
"Report"un məlumatına görə, sabiq dövlət başçısı AzTV-nin "Həftə" proqramına müsahibəsində işğalçı ölkənin hökumət başçısının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı dediklərini əsassız adlandırıb.
A.Mütəllibov N.Paşinyanın ona “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı fikirlərini qəti şəkildə təkzib edib:
“Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı. Hansısa jurnalistin nə vaxtsa “Arqumenti i Faktı” qəzetində nəsə deməsi, mənim haqqımda danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqli deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münhen Konfransı səviyyəsində. Lakin Azərbaycan Prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccüblüdür və bu, yolverilməzdir”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar