Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qafarovanın I müavini kimdir? - Dosye

Baxılıb: 560     Tarix: 10-03-2020 10:49   
Xəbər verdiyimiz kimi, YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin namizıdliyi irəli sürülüb.
Qanunvehedef.az xəbər verir ki, o, 1968-ci ildə Bakıda anadan olub.
1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib.
1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib.
1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub.
1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.
Hüquq elmləri doktorudur.
Hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir.
Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar