Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Tağıyevin heykəlinin açılışı təxirə salındı

Baxılıb: 595     Tarix: 12-03-2020 10:40   

Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.
Bunu Report-a H.Z.Tağıyevin heykəlini hazırlayan xalq rəssamı Xanlar Əhmədov bildirib.
Onun sözlərinə görə, Bakının mərkəzində - metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq heykəl hazırda emalatxanadadır və tuncdan tökülüb:
“Heykəlin açılışı təxirə salınıb. Bilirsiz ki, koronavirusla bağlı Azərbaycanda kütləvi tədbirlər, o cümlədən Novruz bayramı şənlikləri ləğv edilib. Bu səbəbdən heykəlin açılışının dəqiq vaxtı bilinmir. Eyni zamanda postamentin tikintisinə də başlanılmayıb. Hesab edirəm ki, koronavirusla bağlı gərginlik azalandan sonra işlər sürətlənəcək və may ayında yekunlaşacaq. Əgər virus yayılmasaydı, onunla bağlı belə gərgin durum yaranmasaydı, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramına planlaşdırılmışdı. Mən də bütün qrafikimi ona uyğunlaşdırmışdım. Amma hər şey təxirə salındı”.
Qeyd edək ki, Prezident İlham Əliyev martın 11-də Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirilmişdi. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi.
Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etmişdi. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olmuşdu.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar