Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Baxılıb: 904     Tarix: 25-05-2020 10:04   

Mayın 24-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respubliksası Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti dövlətmizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik etmiş, firavanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidenti və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulayıblar.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar