Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Palmali"dən Mənsimovla bağlı açıqlama: Nə deyilibsə...

Baxılıb: 1 628     Tarix: 15-06-2020 10:14   

Palmali Şirkətlər Qrupunun qurucusu Mübariz Qurbanoğluna qarşı başladılan istintaq artıq məhkəmə mərhələsinə keçib.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər Palmali Şirkətlər Qrupunun media açıqlamasında əks olunub.
Açıqlamada indiyə qədər bəzi media orqanlarında Mübariz Mənsimovla bağlı mücərrəd və yalan şahid ifadələrindən ibarət məqsədli şəkildə xəbərlərin verildiyi bildirilib:
“Mənsimovun adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylənən bütün söz və ifadələr təhrif edilib və həqiqəti əks etdirmir. Təqsiri sübut edilməyincə, heç kim günahkar sayıla bilməz və hər kəsin ədalətli məhkəmə dartışması hüququna malik olduğu şübhəsizdir. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, cənab Qurbanoğlu haqqında davam edən məhkəmə prosesinə qəsdən təsir göstərmək məqsədi daşıyan, saxta şahid ifadələrinin gerçək kimi təqdim edildiyi bu cür məqsədli və insan haqlarına zərbə vuran xəbərlərə etibar edilməməsinin zəruriliyini, hörmətli Qurbanoğlunun davam edən hüquqi proses zamanı günahsız olmasının sübuta yetiriləcəyinə dair inanımımızın tam olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq”.
Mübariz Mənsimovun şəxsi vəkili Fateh Turhan isə bildirib ki, hüquqlarını müdafiə etdiyi Mübariz Qurbanoğluna qarşı irəli sürülən iddianamə cavabdeh olan məhkəmə tərəfindən qiymətləndirilmə mərhələsindədir:
“İstintaqdakı məxfilik qərarı ləğv olunmasa da, 12.06.2020-ci il tarixindən bəri bəzi media orqanlarında Mübariz Qurbanoğlu haqqında əsassız və iftira dolu şahid ifadələrinin gerçək kimi xəbər başlıqlarına çıxarılması məhkəməyə təzyiq göstərmək və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Bəzi media orqanlarının mətbuat azadlığı ilə uzlaşmayan və istintaqın məxfiliyini pozan bu yanaşması müvəkkilimin etibarını zədələməyə yönəlmiş təzyiq əməliyyatının və ona qarşı qurulmuş böhtan kampaniyasının davam etdiyini göstərir. Bu səbəbdən müvəkkilim haqqında bir sıra media orqanlarında bu tip xəbərlərə inanılmamasının vacibliyini bildirərək, ictimaiyyətə hörmətimi ifadə edirəm”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar