Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazir tələbələri təbrik etdi

Baxılıb: 510     Tarix: 25-09-2020 12:42   

Təhsil naziri Emin Əmrullayev bu il ali məktəblərə qəbul olunan tələbələri təbrik edib.
Qanunvehedef.az təbrikin mətnini təqdim edir:
“Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram.
Məlum olduğu kimi, bu tədris ili üzrə 42 731 nəfər tələbə adını qazanıb. Onlardan 20 799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21 932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır.
Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!”шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar