Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Albaniyanın sabiq prezidentindən dəstək

Baxılıb: 719     Tarix: 30-09-2020 11:18   

Albaniyanın sabiq prezidenti Berişa Qarabağ münaqişəsində Azərbaycanın yanındadır.
Qanunvehedef.az Publika.az-a istinadən xəbər verir ki, Albaniyanın ilk prezidenti Sali Berişa 29 sentyabr tarixindəki çıxışında Dağlıq Qarabağ ərazisində nəzarəti əlinə aldığı üçün Azərbaycan Silahlı Qüvvələrini dəstəklədiyini bildirib.
Ölkə mətbuatının məlumatına görə, Berişa Dağlıq Qarabağdakı qaynar müharibə dövründə tərəflərin birini dəstəkləyən ilk alban siyasətçidir.
Xatırladaq ki, bundan öncə Albaniyanın Baş naziri və AŞPA-nın nümayəndəsi Edi Rama tərəfləri sülhə dəvət etmişdi.
Berişa isə müraciətində çoxsaylı insan itkisinə səbəb olan münaqişənin əsas səbəbinin erməni işğalı olduğunu vurğulayıb. Həmçinin Qarabağı Azərbaycanın ürəyi adlandıraraq, bütün xəbərdarlıqlara rəğmən, bu ərazilərin hələ də erməni işğalında olduğunu bildirib.
O, beynəlxalq təşkilatlardan Azərbaycanın öz torpaqlarını düşməndən azad etməsi yolunda səy göstərmələrini tələb edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar