Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Azərbaycanda Orduya könüllü getmək istəyənlər saysızdır" - Prezidentin köməkçisi

Baxılıb: 694     Tarix: 01-10-2020 15:06   

“Azərbaycana Suriyadan kimlərinsə gətirilməsi barədə Ermənistan tərəfindən dezinformasiyalar yayılıb. Birincisi, bu, Azərbaycanın siyasəti deyil. İkincisi isə Azərbaycanın buna ehtiyacı yoxdur. Bizim Silahlı Qüvvələrimizin şəxsi heyətində yetərincə əsgərlərimiz, zabitlərimiz var. Bu gün Azərbaycanda Orduya könüllü getmək istəyənlər saysızdır”.
"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.
“Ancaq bizim güvənli kəşfiyyat məlumatlarına görə Ermənistan silahlı qüvvələrində Livandan, Suriyadan, digər Yaxın Şərq ölkələrindən gətirilən erməni əsilli terrorçulardan istifadə olunur: Onlar Azərbaycana qarşı istifadə olunmaqdadır”, - H.Hacıyev vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar