Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan KTMT-yə müraciət etsin – Millət vəkili

Baxılıb: 562     Tarix: 06-10-2020 13:23   

Biz ABŞ Konqresinə müraciət etməliyik. Eləcə də hər bir konqresmenə müraciət edərək baş verənləri onların diqqətinə çtdırmalıyıq. Bu mənim birinci təklifimdir.
Qanunvehedef.az xəbər verir ki, bu fikri Milli Məclisdə BAXCP sədri, deputat Qüdrət Həsənquliyev səsləndirib.
O, iki təklif irəli sürmək niyyətində olduğunu, bunları vacib saydığını xüsusilə nəzərə çatdırıb.
Deputat Azərbaycan Ordusunun beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində antiterror əməliyyatı apardığını bildirib:
“Ancaq biz yenidən 1992-ci ildəki vəziyyətlə qarşılaşırıq. ABŞ Konqresində qətnamə qəbul etmək təşəbbüsü var. 1992-ci ildə müharibə gedən zamanda ABŞ Konqresi 907-ci düzəlişi qəbul etmişdi. Bunun ardınca ermənilər daha bir neçə ərazilərimizi işğal etdi. Hesab edirəm ki, Milli Məclis xətti ilə Konqreslə işləmək lazımdır. Eyni zamanda Konqresin bütün üzvlərinə bizim hər birimiz məktublar yazmalıyıq”.
Qüdrət Həsənquliyevin ikinci təklifi Ermənistan Respublikasının ərazisindən Azərbaycan ərazilərinə, xüsusilə mülki obyektlərə endirilən zərbələr haqqında olub:
“Hesab edirəm ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında təmsil olunan dövlətlərə, onların ali qanunverici orqanlarına müraciət etməliyik. Deməliyik ki, Ermənistan ərazisindən Azərbaycan ərazilərinə zərbələr endirilir və biz hələlik buna cavab verməsək də, onlar bizim legitim hədəfimiz ola bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar