Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Küveyt əmirini təbrik etdi

Baxılıb: 606     Tarix: 07-10-2020 16:10   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
"Əlahəzrət,
Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar