Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türk xəbər portalının rəhbəri Sərdar Akyol Azərbaycana DƏSTƏK OLDU

Baxılıb: 705     Tarix: 08-10-2020 14:31   

"Türk milləti "iki dövlət, bir millət" şüarıyla dost və qardaş ölkə olan Azərbaycanın hər zaman yanındadır. Ermənilərin Azərbaycana edilən hücumlarını qəti surətdə nifrətlə pisləyirik".
Bu sözləri  açıqlamasında "Internet Media Yayıncıları"nın direktoru və www.Sonnoktahaber.com saytının baş redaktoru Sərdar Akyol son günlər Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə münasibət bildirərkən deyib:
"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını ən qısa müddətdə tərk etməlidir. İşğalçı ermənilərdən Vətənini qoruyan qardaş Azərbaycanın yanında hər aman olacağıq və həmişə dəstəyimizi bildirəcəyik.
İşğalçı ermənilər belə bir hücumu bütün dünyanın başı "Covid-19"a qarışdığı bir dönəmdə həyata keçiriblər. Ermənistan mülki yaşayış məntəqələrinə hücum etməklə atəşkəsi pozub, bununla da sülh və sabitliyə qarşı olduğunu bir daha sübut etdirib".
Sərdar Akyol Ermənistanın və onun tərəfdarlarının dərhal qardaş torpaqlarımızdan çəkilməli olduqlarını, geri çəkilməyəcəkləri təqdirdə bu torpaqların onlar üçün məzar olacağını, etdiklərinin cavabsız qalmayacağını, bunun müqabilində Türkiyənin öz vəzifələrini dərk etdiyini vurğulayıb.
İMY direktoru sonda ermənilərin hücumları nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar