Xəbər lenti
23/10/2020 [12:12]
Neft bahalaşdı
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"ATƏŞKƏS XALQIN İRADƏSİNƏ VƏ MÖVCUD REALLIĞA TAM ZİDDİR!" - "Biz məyus olmamalı və ruhdan düşməməliyik"

Baxılıb: 322     Tarix: 10-10-2020 11:52   

Professor Qulu Məhərrəmli atəşkəs razılaşması ilə bağlı öz fikirlərini yazıb. Musavat.coma istinadən həmin fikirlərin mətnini təqdim edir:
"ATƏŞKƏS Azərbaycan xalqının İRADƏSİNƏ və mövcud REALLIĞA tam ziddir. Amma görünür ki, münaqişəni bizə sırımış riyakar Moskvanın da bu məsələdə öz planları var!
Bununla yanaşı deyim ki, biz məyus olmamalı və ruhdan düşməməliyik... çünki “Kreml bəyanatı” CİDDİ hüquqi sənəd deyildir, yalnız niyyətlərin ifadəsidir və tərəflərin üzərinə heç bir öhdəlik qoymur. O səbəbdən də bu əldəqayırma atəşkəsin ən yaxın günlərdə Ermənistanın günahı ucbatından POZULACAĞINA əminəm...
Digər tərəfdən, biz artıq bölgədə geopolitikanın, hərbi-siyasi şəraitin və status-kvonun dəyişdiyini də görməliyik.
Bu dəyişiklik imkan verir ki:
1) Danışıq şərtlərini Azərbaycan diqtə etsin;
2) Bakı beynəlxalq hüququn verdiyi üstünlüyü real (əməli) üstünlüyə çevirsin;
3) BMT-nin 4 qətnaməsi reallaşdırılsın;
4) Separatçı rejimin fəaliyyəti, xüsusən hərbi davranışları nəzarətdə saxlanılsın;
5) Ermənistanın və başqa kənar qüvvələrin Qarabağla hərbi əlaqələri məhdudlaşsın;
6) Azərbaycan Ordusu istədiyi vaxt ƏKS-HÜCUM əməliyyatlarını bərpa etsin.
Əlbəttə, indi əsas məsələ budur ki, ORDUNUN əli tətikdə olsun, şəhidlərimizin qanı batmasın və ən əsası, Ali Baş komandan ölkəmizə soxulmuş təcavüzkarları “İTİ QOVAN KİMİ QOVMAQ” fikrini dəyişməsin!!!"

Qanunvehedef.azшаблоны для dle 11.2