Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yan Fişer İlham Əliyevə məktub göndərdi

Baxılıb: 777     Tarix: 13-10-2020 16:22   

2009-2010-cu illərdə Çexiya Respublikasının Baş Naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişer Prezident İlham Əliyevə məktub göndərib.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Dağlıq Qarabağda baş verən son gərginliklərlə bağlı xəbərlərdən çox narahatam. Nizami Gəncəvinin vətəni olan, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsasının qoyulduğu Gəncə şəhərinə edilən hücuma, uşaqların qətlə yetirilməsinə və şəhərlərin dağıdılmasına heç nə bəraət qazandıra bilməz.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilməli, ölkələrin suverenliyinə hörmət edilməlidir.
Cənab Prezident, həmsədrlərimiz Vayra Vike-Freyberqanın və İsmail Serageldinin davamlı dəstəyi ilə bir ailə kimi işimizi koordinasiya etdiyimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.
Hamımız inanırıq ki, tezliklə bu vəziyyətdən çıxış yolu tapılacaq".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar