Xəbər lenti
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ərdoğan kimi liderə qarşı... – Qalından sanksiya açıqlaması

Baxılıb: 245     Tarix: 23-11-2020 14:46   

Türkiyəyə qarşı sanksiya qərarına nə Avropa Şurası, nə də Avropa Komissiyası müsbət baxır.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın NTV kanalına açıqlamasında deyib.
O bildirib ki, üstəlik Türkiyə kimi bir ölkəyə, Ərdoğan kimi liderə qarşı bu dilin və danışığın nəticə verməyəcəyini özləri də bilirlər:
“Bəzi AB-yə üzv ölkələrin bu mövzuda israrlı olduğunu və mübarizə apardıqlarını da bilirik. Qulağımıza çatır. Adlarını çəkməyə ehtiyac yoxdur. Təxmin edə bilərsiniz hansı ölkələrdir. Mənim də mesajım belə idi. AB-Türkiyə münasibətlərinin strateji bir çərçivəsi var. Bu geniş əlaqələri 1-2 dövlətin güdazına gedib məhv etsəniz, böyük səhvə yol vermiş olarsınız”.шаблоны для dle 11.2