Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ərdoğan Azərbaycanla bağlı daha bir sazişi TƏSDİQLƏDİ

Baxılıb: 487     Tarix: 06-04-2021 10:55   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. “Report” xəbər verir ki, bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktaybarın 31-də Bakıda imzalanıb.
R.T.Ərdoğanın təsdiq etməsi ilə saziş qüvvəyə minib.
Qeyd edək ki, həmin ilin oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. İclasdan sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin o dövrkü milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar