Xəbər lenti
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Prezidentin təltif etdiyi Hacı Murad kimdir? - Foto

Baxılıb: 11     Tarix: 02-08-2019 12:19   

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacı Murad Yagizarov “Şərəf” ordeni ilə təltif edilib.
Kult.az xəbər verir ki, Hacı Murad böyük bir nəsli təmsil edir. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağadır, babası İsmayıl bəy isə tanınmış vəkil olub.
1917-ci ilin sosialist inqilabından sonra Dağıstanın Bunatsk şəhərində olan ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra aktyorun atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib.
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Məşhur aktyor Ələsgər Ələkbərov onun çıxışlarını izləyib və ona M.A.Əliyev adına Azərbaycan Dövlət İncənənət İnstitutunun aktyorluq fakültəsinə daxil olmağı tövsiyə edib. Hacı Murad sözügedən institutda Məhərrəm Haşımovun sinfində 1958-62-ci illərdə təhsil alıb.
1962-ci ildən Səməd Vurğun adına Rus Dram Teatrında çalışır.
Hacı Murad Yagizarov Azərbaycan xalq artisti adını 1982-ci ildə alıb. Eləcə də Azərbaycan dövlət mükafatı laureatı, Humay mükafatına layiq görülüb.
O, “Arşın mal alan”, “Böyük dayaq”, “Bir cənub şəhərində”, “Ögey ana”, “Ulduz” və s. onlarla filmdə yaratdığı obrazlarla məşhurdur.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar