Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Putinin partiyası reytinq itirir

Baxılıb: 551     Tarix: 14-08-2019 15:32   

Vahid Rusiya Partiyasının təqaüd islahatlarından sonra sonra reytinqi aşağı düşüb, amma bununla belə digər partiyaların reytinqində də artım müşahidə edilməyib.
Qanunvehedef.az xəbər verir ki, bu nəticə “Levada Çentr”in apardığı tədqiqatdan sonra ortaya çıxıb.
Məlumata görə, Vahid Rusiyanın dəstəyi 31%-dən 28%-ə qədər geriləyib. Ondan sonrakı yerlərdə dayanan Kommunist Partiyası 11%, Liberal Demokrat Partiyası 10%, Rusiya Kommunistləri Partiyası 3%, Ədalətli Rusiya Partiyası 2% dəstəkçiyə sahib olub.
Bu göstəricilərə rəğmən Vahid Rusiyaya seçkidə səs verməyə hazır olan respondentlər ümumi sorğu iştirakçılarının 44%-ni təşkil edib. Kommunist Partiyasında bu göstərici 17%, Liberal Demokrat Partiyasında isə 16% olub.
41% rusiyalı isə hələ də kimə səs verəcəyini və ya ümumiyyətlə, seçkidə iştirak edib-etməyəcəyini bilmədiyini açıqlayıb. “Levada Çentr” bunun 2016-cı il parlament seçkisindən bu yana qeydə alınan maksimal göstərici olduğu vurğulanıb.Şirkətin direktoru Lev Qudkov nəticələrlə bağlı “Vedomosti” qəzetinə açıqlamasında artıq Rusiyada Vahid Rusiya Partiyasını dəstəkləməkdən imtina edən insanların passiv kütlələr sırasına qoşulduğunu və özləri üçün heç bir alternativ müəyyən etmədilərini bildirib. O bunun növbəti seçkidəki aktivlik göstəricisinə birbaşa təsir edən faktor olacağını deyib.
Qeyd edək ki, Vahid Rusiya Partiyası Rusiya Prezidenti Vladimir Putinin partiyasıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar