Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Elza Seyidcahanın anasına qarşı dələduzluq edilib

Baxılıb: 619     Tarix: 05-11-2019 14:22   

Əməkdar artist Elza Seyidcahanın (Qasımova) anasına qarşı dələduzluq edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə "report"a E.Seyidcahan bildirib.
Onun sözlərinə görə, Rasim Məmmədov və adını açıqlamadığı digər iki şəxs anasının Bakı şəhərində olan torpaq sahəsini satıb, etibarından sui-istifadə edərək dələduzluq edib: "Həmin şəxslər anamı aldadıb, torpaq sahəsini satıb, guya həmin torpaq sahəsinin əvəzinə başqa evlər verəcəkdi. Lakin onlar verdikləri vədə əməl etmədilər. Mən də hüquq-mühafizə orqanlarına müraciət etdim".
E.Seyidcahan deyib ki, polis əməkdaşlarının araşdırması nəticəsində R.Məmmədov və digər iki şəxs saxlanılıb: "Həmin şəxslər söz veriblər ki, bir ay ərzində anamının ya evini, yada pulunu geri qaytaracaqlar".
Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı, polis kapitanı İrfan Gərayzadəyə minnətdarlığını bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar