Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rasim Balayev: "Mən səhnədə artıq sözümü demişəm, qalanı çevir tatı, vur tatıdır..."

Baxılıb: 603     Tarix: 06-12-2019 12:38   

"Oxunaqlı olmaq üçün yazıya min dənə şey qoşurlar, camaatla məni üz- göz edirlər".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Azərbaycanın məşhur kino aktyoru, Xalq artisti Rasim Balayev deyib. O, artıq öz sahəsində sözünü dediyini və müsahibə vermək istəmədiyini açıqlayıb:
"Mən artıq sözümü demişəm. Ümumiyyətlə, mən müsahibə verməyi sevmirəm, istəmirəm. Yeni söz demək üçün iş-güc, çəkiliş olmalıdır. Heç nə yoxdur. Mən köhnə şeyləri yenidən təkrar etmək istəmirəm. Adam gərək yeni iş görə, çəkilişlər ola. Elə bir şey yoxdur. Köhnələri də çevir tatı, vur tatıdır. Yeni söz yoxdur deyə heç nə deyə bilmərəm, gərək yeni iş ola".
Xalq artisti həmçinin mediada onun sözlərinin təhrif edilmiş yazıldığına görə bir daha müsahibə verməyəcəyini də bildirib:
"Mənim sözlərim təhrif olunur deyə özümə söz vermişəm ki, heç bir sayta müsahibə verməyəcəm. Bir dənə söz deyirsən, oxunaqlı olmaq üçün ondan qalmaqal yaradırlar. Min dənə şey qoşurlar, camaatla məni üz- göz edirlər. Mənə bu lazım deyil. Allah nə qədər ömür verib onu yaşayıram. İstəmirəm heç nədən əsəbləşəm".
Şəlalə Babayevaшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar