Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanın “Qaragilə”si necə yaranıb? – Maraqlı tarixçə

Baxılıb: 650     Tarix: 03-02-2020 13:45   
 

Məşhur xalq mahnısı “Qaragilə”nin kim tərəfindən bəstələndiyi zaman-zaman müzakirə mövzusu olub.
Kult.az xəbər verir ki, bir çoxları bu mahnının Təbrizdə yaranıb Bütöv Azərbaycan nisgilinə çevrildiyini bildirsə də, fərqli iddialar da mövcuddur.
2006-cı ildə “Xalq cəbhəsi” qəzetində “Qaragilə”, “Dilbərim” mahnısının müəllifi kimdir?” başlığı ilə dərc edilən məqalədə bu iddialara aydınlıq gətirilib.
Məqalədə bildirib ki, bəstəkar Nüsrət Əliyevin qohumları mahnının ona məxsus olduğunu iddia ediblər. Nizamişünas alim Əkrəm Şamxalov da mahnının N.Əliyevə aid olduğunu bildirib:
“Nüsrətin qeyri-adi, iri, şəffaf, qara gözləri olduğuna görə evdə onu “Qaragilə” deyə sevib oxşayırdılar. Bir gün Nüsrətin gözü zədələnir, zəifləyir. Müalicələr nəticə vermir, qara gözləri tutulur. O, musiqiyə həvəs göstərməyə başlayır, korlar məktəbində oxuyur. Ona tar da alırlar, bəstəkarlıq, şairlik və müəllimlik edir. Nüsrət ömrü boyu əlinə əsa almayıb. Uşaqlıqdan nisgilli böyüyən Nüsrət öz doğma kədərini musiqiləşdirməyə başlayıb. Fərqləndiyinə görə onu da təhsilini davam etdirmək üçün Moskvaya göndərmək istəyiblər. Lakin bu, baş tutmur.
O vaxt Üzeyir bəy sağ idi. Nüsrət təhsil müddətində “Qaragilə”sini hazırlayıb oxuyur. Nəğmə yayılır, dilə-ağıza düşür.
“Ajart qızı” deyilən İran müğənnisi “Qaragilə” mahnısını İranda daha da məşhurlaşdırıb. İran rejimi bu mahnıda siyasi motivlərin olduğunu əsas gətirərək ifa edilməsinə qadağa qoyub.
Lakin “Qaragilə”ni məhv etmək mümkün olmadı: o, Azərbaycan nisgilinə çevrildi. Bu gün hamının sevə-sevə dinlədiyi “Qaragilə” belə yaranıb”.
Azərbaycan Bəstəkarlar İttifaqının sabiq sədri Vasif Adıgözəlov mahnı ilə bağlı danışarkən “Qaragilə”nin Təbrizdən gəldiyini deyib:
“O mahnını qadağan etmişdilər. Həmin mahnını Niyazi aranjiman etdi, Şövkət xanım məharətlə ifa etdi. “Qaragilə” Rübabə Muradovanın ifasında da gözəl alınıb. Burada onun Güneydən olması da öz təsirini göstərib”.
Əslən Füzulidən olan xalq artisti İslam Rzayev Nüsrət Əliyevi yaxşı tarçalan kimi dəyərləndirsə də, bu mahnının müəllifinin o olmadığını bildirib:
“Qaragilə” Təbrizdə bəstələnib. Onu burada Rübabə Muradova məşhurlaşdırıb”.
Müəllifin kimliyindən asılı olmayaraq, “Qaragilə” mahnısı bu gün də Azərbaycan insanının sevə-sevə dinlədiyi musiqi əsərlərindən biridir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar